1. Əmtəə, satlıq mal.
2. Var-yox.
3. Sərmayə.
Flektivlik baxımından əmtəə sözü ilə eyniköklüdür.
Hüseyn sözün nə gizləyər, nə dana,
Nə yaranar, daha doğar nə də ana.
Gövhər mətaını açma nadana,
Tök bazara, sərrafına yaxşı sat.
(“Müğüm şah”)
*
Ay ariflər, heç kəs yalqız olmasın,
Yalqız işə daşdan divar deyərlər.
Bəzirgansan, aç mətanın, xird eylə,
Ararlar, yükündə nə var deyərlər?
(“Lətif şah”)
*
Açma mətaını naşı tüccara,
Qiymətini bilib, xiridar olmaz.
(“Səyyad və Sədət”)